“Qarabağ” Futbol klubu Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Bu haqda bu gün, 1 sentyabr tarixində Bakuplus.az xəbər verir.

Bakıda keçirilən oyunda Azərbaycan təmsilçisi Sloveniya klubu “Olimpiya” ilə heç-heçə edib. 2 oyunun nəticəsinə görə Ağdam klubu növbəti mərhələyə keçməyi bacarıb.

Qrup mərhələsinin püşkatma mərasimi bu gün baş tutacaq. “Qarabağ” 2-ci səbətdə yer alıb. Onun rəqibi “Liverpul”, “Roma”, “Ayaks” kimi komandalar ola bilər.