Bakının Nəsimi rayonunda yerləşən park axşam saatlarında qaranlığa qərq olur. Bu haqda bu gün, 1 sentyabr tarixində Bakuplus.az xəbər verir.
Söhbət “Koroğlu” parkının Mirəli Qaşqay və Ceyhun Hacıbəyli küçələri arasındakı ərazidən gedir. Parkda işıq dirəkləri olsa da, ərazi işıqlandırma ilə təmin edilməyib. Nəticədə buraya əylənməyə gələn uşaqlar meydançada qaranlıqda oynamağa məcbur qalırar.
Sakinlərin sözlərinə görə, həmin parkda, həmçinin zədələnmiş tamet daşları orada gəzməyə maneə törədir.
Nəsimi rayonu ərazisində abadlıq işləri mütəmadi aparılsa da və bu parka bitişik ərazidə işıqlandırma mövcud olsa da, bu park aidiyyəti qurumların diqqətindən yayınıb.