Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 10-68-ci km-lik hissəsində üfüqi nişanlanma xətləri çəkilir. Bu haqda bu gün, 1 sentyabr tarixində Bakuplus.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AYNA) istinadən məlumat verir.

Həmçinin 10-120-ci km-lik hissədə isə yol-nəqliyyat hadisələri zamanı sıradan çıxmış əyrixətli dəmir tirlərin təmiri və dəyişdirilməsi işləri aparılır.

Bu səbəbdən bu gün axşam saat 23:00-a qədər yolda avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.