Bakının Sabunçu rayonunda yaşayış evində yanğın olub. Bu haqda bu gün, 1 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.

Ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb ediliblər. Yanğın söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.

Həmçinin bu gün Nərimanov rayonunda “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.