Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 1 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Alışma doqquzmərtəbəli binanın zirzəmisində qeydə alınıb. Nəticədə ümumi sahəsi 200 kv.m olan obyektin mətbəxində 1 ədəd fritür aparatı, 1 ədəd aspirator yanıb, yüksək temperaturdan tavan 8 kv.m sahədə və 1 ədəd kondisioner qismən əriyib. Obyektin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.