Paytaxt ərazisində keçiriləcək növbəti “Tullantıları ekoçantaya dəyiş” aksiyasının vaxtı bəlli olub. Bu haqda bu gün, 1 sentyabr tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.

“Tullantıları ekoçantaya dəyiş” layihəsi çərçivəsində keçirilən aksiyada şərtlər aşağıdakı kimidir:

  • Şüşə butulka, banka və ya işlənmiş batareya qəbul olunur;
  • Şüşə butulka, bankaların içərisində qida qalıqları olduğu halda qəbul olunmayacaq;
  • 10 işlənmiş batareyaya görə 1 ekoçanta veriləcək;
  • Ümumi tutumu 5 litr olan şüşə banka və butulkaya görə 1 ekoçanta veriləcək;
  • Ümumi tutumu 35 litr olan müxtəlif plastik butulkaya görə 1 ekoçanta veriləcək.

Tədbir 2 sentyabr saat 13:00-da Yasamal rayonu, İnşaatçılar prospekti, 31 ünvanında Dövlət Statistika Komitəsinin yanında yerləşən “Araz” supermarketində baş tutacaq.