Bakı yollarında çəkilən “Yavaş Məktəb” yazıları bərpa olunmur. Bu haqda bu gün, 1 sentyabr tarixində Bakuplus.az ARB-yə istinadən xəbər verir.
Ötən il məktəblərin qarşısında avtomobil yollarına “Yavaş məktəb” yazısı yazılmış, xüsusi piyada zolaqları çəkilmişdi. Ancaq bu il həmin yazılar silinib və sürücülər yenə nəqliyyat vasitələrini nəzarətsiz sürürlər.
“Mən rayondan gəlmişəm, nə bilim, məktəb var burada. O yazı olanda mən bilərəm ki, burada ehtiyatlı olmaq lazımdır”, – deyə sürücülər bildirirlər.
Ekspertlər də layihənin uğurlu olduğunu və bu il də onun tətbiqini zəruri hesab edirlər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi sözügedən yazıların tamamilə yenilənəcəyini qeyd edib.