“Animafilm” festivalına “Oskar” mükafatçısı qonaq gələcək. Bu haqda bu gün, 2 sentyabr tarixində Bakuplus.az festivala istinadən xəbər verir.
Festivalın beynəlxalq münsiflər heyətində 6 xarici peşəkar olacaq: İzabel Favez (İsveçrə), İsmayıl İman (Azərbaycan), Ana Çubinidze (Gürcüstan), Oktai İusibov (Azərbaycan, Finlandiya), Olivye Katerin (Fransa) və Tehzib Xurana (Hindistan).
Mixael Dudok de Vit 2001-ci ildə “Ata və Qız” (“Father and Daughter”) filminə görə “Ən yaxşı qısametrajlı animasiya filmi” nominasiyasında nüfuzlu “Oscar” mükafatı qazanmış niderland əsilli rejissor və illüstratordur.
Sözügedən rejissor festivala digər bir filmi – Yaponiyanın tanınmış animasiya şirkəti “Studio Ghibli” ilə birgə çəkdiyi “Oskar” mükafatına namizəd olmuş “Qırmızı tısbağa” (“The Red Turtle”) filmini şəxsən təqdim etməyə gəlir.
Bundan əlavə, tanınmış rejissorun festival zamanı “Yaradıcılıq” və “Film dili və hekayə anlatması” adlı iki fərqli master-klası keçiriləcək. Master-klas həm peşəkar animasiya, kino və incəsənət mütəxəssisləri, həmçinin bu sahənin həvəskarları üçün nəzərdə tutulub.
Festivalın digər xarici qonağı – kanadalı kinorejissor və müəllim Mettyu Layondur. O, “Netflix” və “Apple TV” kimi nəhənglərlə çalışan dünya animasiya sənayesinin aparıcı mütəxəssislərindəndir. Layon festivalda “Peşəkarlar üçün animasiya” master-klası keçirərək iştirakçılarına uğurlu karyera quruculuğu haqqında məsləhətlər verəcək.
Məsud Pənahi isə onun əfsanəvi “Pıspısa xanım və Siçan bəy” (“Tıq-Tıq Xanım”) filminin nümayişi və müzakirəsini keçirəcək.
“Animafilm” festivalı 6-10 sentyabr tarixlərində baş tutacaq.