Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxtın 4 avtobus marşrutunu müsabiqəyə çıxarıb. Bu haqda bu gün, 2 sentyabr tarixində Bakuplus.az AYNA-ya istinadən məlumat verir.

Bunlar 54 nömrəli (Qara Qarayev prospekti – Sabunçu qəsəbəsi) şəhərdaxili, 567 nömrəli (Qobu qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi), 592 nömrəli (Xırdalan şəhəri – Görədil qəsəbəsi) və 596 nömrəli (Xırdalan şəhəri – “Binə” ticarət mərkəzi) şəhərətrafı müntəzəm avtobus xətləridir.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə etmək mümkündür.

Sənədlər oktyabrın 2-də saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi, 5; əlaqələndirici şəxs: Natiq Vəliyev – tel.: 012-567-99-76, 055-626-55-63, e-poçt: [email protected]) qəbul ediləcək.