Oktyabrın 26-27-də Bakıda birinci dəfə “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) keçiriləcək. Bu haqda bu gün, 2 sentyabr tarixində Bakuplus.az Azərtac-a istinadən xəbər verir.

Tədbir çərçivəsində ödənişsiz ixtisasartırma təlimləri də təşkil olunacaq. İştirak etmək üçün indiyə gədər 465 nəfər qeydiyyatdan keçib.

Yarış 2 gün dəvam edəcək. Burada iştirak etmək istəyən müəssisələr əməkdaşlarından ibarət 3-5 nəfərlik komanda yığmalıdırlar.

1-ci gün komandalar onlara verilən informasiya sisteminin boşluqlarını aradan qaldırmalıdırlar. 2-ci gün isə həmin sistemə kiberhücumlar olunacaq. İştirakçılar isə hücumların qarşısını almalıdırlar.

Qalib gələn komandaya 30.000 manat mükafat veriləcək.