Bakı və Abşeron yarımadasında hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 2 sentyabr tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
3 sentyabr tarixində Bakı və Abşeronda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək
Havanın temperaturu gecə 20-24, gündüz isə 27-32 dərəcə isti olacaq.