“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Bakı Fotoqrafiya Evində 11 yaşlı Kamal Novruzun rəsmləri sərgilənib. Bu haqda bu gün, 2 sentyabr tarixində Bakuplus.az Azərtac-a istinadən xəbər verir.
Sərgidə Kamal Novruzun rəsmlərinin nümayişi olub.
Novruz tədbir barədə təəssüratları ilə bölüşüb: “Bakıda ilk dəfədir oluram. İlk sərgimi də doğma şəhərimdə keçirməyi qərara aldım. “Yeni İncəsənət” adlanan sərgimdə əks olunan rəsmləri Leonardo da Vinçi, Hokusai, Rene Maqrit kimi məşhur rəssamlardan ilhamlanaraq ərsəyə gətirmişəm”.
Novruz Nyu-York Art Studio məktəbinin 5-ci sinif şagirdidir. O, oxuduğu orta məktəbin art-yarışmasında birinci yer tutduğuna görə məktəbin nəşr olunan illik jurnalında, eləcə də köynəklərinin üzərində çap olunan rəsmlərin müəllifidir.
Bakı Fotoqrafiya Evində yeniyetmə rəssamın işlərinin sərgisi keçirilib – FOTO







