Binəqədi rayonunda yerləşən yaşayış evində yanğın başlayıb. Bu haqda bu gün, 2 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma M.Ə.Rəsulzadə qəsəbəsində, fərdi yaşayış evində qeydə alınıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğınsöndürmə işləri davam edir.