Cahangir Əsgərov vəzifəsindən azad edilib. Bu haqda bu gün, 2 sentyabr tarixində Bakuplus.az Prezidentin saytına istinadən xəbər verir.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsində çalışan C.Əsgərov işdən çıxarılıb. Aviaşirkətin sükanı müvəqqəti olaraq birinci vitse-prezident Samir Rzayevə həvalə edilib.
Bununla bağlı Prezident Sərəncam imzalayıb.