Bakının Heydər Əliyev prospektində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 2 sentyabr tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.

Hadisə ötən gün axşam saatlarında prospektin köməkçi yolunda qeydə alınıb. Nəticədə metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb. Əraziyə polis əməkdaşları cəlb olunublar.