Qaradağ rayonu, Ümid qəsəbəsində səyyar görüş keçirilib. Bu haqda bu gün, 2 sentyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də 100-ə yaxın Ümid qəsəbə sakini iştirak ediblər.
Görüş çərçivəsində sakinlərin şikayət və təklifləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub. İcra başçısı yerində qaldırılan məsələlərin həlli ilə bağlı yerindəcə müvafiq tapşırıqlar verib.
Rayonun müxtəlif qəsəbələrində bu kimi görüşlərin təşkil olunması nəzərdə tutulub.
