Bakının mərkəzində və qəsəbələrində abadlıq və təmizlik işləri aparılıb. Bu haqda bu gün, 2 sentyabr tarixində Bakuplus.az Bakı Şəhər İcra Hakimiyyətinə istinadən məlumat verir.
İməcilik zamanı kommunal strukturlar tərəfindən prospekt və küçələr, qəsəbədaxili küçə və yollar, səki kənarları və işıq dirəkləri, yol kənarındakı məhəccərlər, park və istirahət yerlərində oturacaqlar yuyulub, təmizlik işləri görülüb.
Həmçinin ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər yuyulub, ətrafı təmizlənib.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ağac və yaşıllıqlara qulluq göstərilməsini həyata keçirib, həmişəyaşıl ağaclar yuyulub, yaşıllıq zolaqları və parklarda qazon örtüyünə qulluq göstərilib.