“Qarabağ”ın Avropa Liqasında çıxış edəcəyi oyunların tarixləri açıqlanıb. Bu haqda bu gün, 2 sentyabr tarixində Bakuplus.az xəbər verir.
İlk oyun 21 sentyabr tarixində Bakıda baş tutacaq. “Köhlən atlılar” Norveçin “Molde” klubunu qəbul edəcəklər. 5 oktyabr tarixində isə İsveçdə “Hakken”ə qarşı matç baş tutacaq.
“Bayer Leverkuzen”ə qarşı oyunlar ardıcıl olaraq 26 oktyabr evdə və 9 noyabr səfərdə keçiriləcək. 30 noyabr Azərbaycan təmsilçisi “Molde”nin qonağı olacaq. 14 dekabrda isə “Hakken” Bakıya gələcək.