Sentyabrın 1-də planlaşdırılan AZAL-ın J2-078 İstanbul-Bakı marşrutu üzrə reysi texniki səbəbdən təxirə salınıb. Bu haqda bu gün, 2 sentyabr tarixində Bakuplus.az məlumat verir.

Verilən məlumata görə, yubanma təyyarənin göyərtəsindəki kompüter sistemində yaranmış nasazlıq səbəbindən yaranıb.

Reysin bu gün günorta saatlarında yerinə yetirilməsi planlaşdırılır.

Aviaşikrkətin mətbuat xidmətinin sözlərinə görə, reysin sərnişinləri hotelə yerləşdirilib və aviaşirkətin qaydalarına uyğun olaraq, içki və qidalanma daxil olmaqla zəruri vasitələrlə təmin olunublar.

İstanbulun hava limanında bir neçə saat qalan sərnişinlər heç bir məlumat verilmədən bir neçə saat saxlanmalarından narazılıqlarını bildiriblər. Sərnişinlər arasında əlil arabasından istifadə edənlər, körpələr və xəstələr olublar. Bunu əks etdirilən videokadrlar sosial şəbəkələrdə yayılıb.