Paytaxtın Suraxanı rayonunda yerləşən 280 saylı orta məktəbin 11a sinfinin məzunlarının hamısı ali təhsil məktəblərinə qəbul olublar. Bu haqda bu gün, 2 sentyabr tarixində Bakuplus.az məktəbin Facebook səhifəsinə istinadən məlumat verir.
Sinfin 20 şagirdi 2022-2023-cü dərs ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında uğurla iştirak edərək tələbə adını qazanıblar.