Bakıda operativ nəqliyyat vasitəsinə yol verən avtomobil cərimələnib. Bu haqda bu gün, 2 sentyabr tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.

Belə ki, işqforun qırmızı işığında dayanan “Mercedes” markalı avtomobil arxadan sayrışan işıqları yandıraraq gələn FHN-in maşınına yol verməyə məcbur olub. Bu səbəbdən qayda pozan nəqliyyat vasitəsinə 40 AZN məbləğində cərimə tətbiq olunub.

Qanuna əsasən, sayrışan işıqlarla hərəkət edən operativ nəqliyyat vasitəsinə yol vermək qayda pozan sürücülərə cərimə tətbiq olunmur.

Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı bildiriblər ki, sürücü FHN-in maşını gəlməmişdən öncə qaydanı pozub. Bu səbəbdən də cərimə qanuni sayılır.