Anası tərəfindən zibil yeşiyinə atılan körpə xəstəxanadan buraxılıb. Bu haqda bu gün, 2 sentyabr tarixində Bakuplus.az Bizim.Media-ya istinadən xəbər verir.
Yeni doğulmuş körpə Ə.F.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasından götürülərək 1 saylı Körpələr Evinə təhvil verilib.
“Körpənin səhhətində hər hansı narahatlıq aşkarlanmayıb, müalicələrdən sonra götürülən analizlərdə neqativ hal müşahidə olunmayıb, çəkisi 3 kiloqram 600 qramdan artıq olub”, – deyə TƏBİB-dən bildirilib.