Bir neçə gün öncə azərbaycanlı model Leyla Mirzəliyeva bədəninin çürüməsi və ölüm təhlükəsi ilə üz-üzə qalması ilə bağlı internet izləyicilərinin diqqətini çəkib. Bu haqda bu gün, 4 sentyabr tarixində Bakuplus.az məlumat verir.

O, həmçinin ona göstərilən qayğıdan və dəstəkdən danışıb: “Depressiyadayam, danışmağa halım yoxdur. Neyləyək, qismətim belə imiş… Həyatımda olan hadisələri paylaşmağa çox qorxurdum, amma mən çox səhv düşünmüşəm, məni kimsə qınamadı, hər kəs dəstək oldu. Yüngül əməliyyat keçirəcəyəm, bu, ağır əməliyyata hazırlıq olacaq”.

Bir müddət öncə bədəninə vurulmuş gel və dolğulara görə modelin səhhəti ilə bağlı problemlər yaranıb, bədəndə çürümə prosesi başlanıb. Mirzəliyevanın sözlərinə görə, həkimlər onun yaşama şansının 10 faiz olduğunu deyiblər.

Azərbaycanlı model bədəninin çürüməsi ilə bağlı izləyicilərə müraciət edib
Foto açıq mənbədən