Bakının Heydər Əliyev Mərkəzinin qarşısındakı açıq ərazidə ötən gün “Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət” adlı tədbir keçirilib. Bu haqda bu gün, 4 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Tədbir etnik-mədəni mühiti, eləcə də qeyri-maddi mədəni irsi nümayiş etdirmək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunub.
Festivalda bir sıra dövlət və hökumət nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində Qərbi Azərbaycana məxsus milli geyim və mətbəx stendinin, gündəlik həyatda istifadə olunmuş məişət əşyalarının, seçilmiş tarixi abidələrin 3D maketləri nümayiş olunub.
Tədbirin sonunda təşkil olunan qala-konsertdə Vətənə, doğma torpağa həsr olunmuş mahnılar, Qərbi Azərbaycanın aşıq mahnıları səsləndirilib.
