Bakının Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində avtomobilin xarab olmasına görə ərazidə tıxac yaranıb. Bu haqda bu gün, 4 sentyabr tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir.
“VAZ” markalı avtomobilin nasaz vəziyyəti səbəbindən “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq yaranıb. Polis əməkdaşlarına məlumat verilib və sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.