Bakıda sertifikatlaşmanı keçməyən müəllimlər üçün komissiya yaradılıb. Bu haqda bu gün, 4 sentyabr tarixində Bakuplus.az Elm və Təhsil İdarəsinə istinadən xəbər verir.
Müqavilələrinə xitam verilmiş müəllimlərlə işləmək məqsədilə təhsil idarələrində komissiyalar fəaliyyətə başlayıb. Həmin müəllimlərdən sosial müdafiəyə ehtiyacı olanların müraciətləri xüsusi diqqətdə saxlanılacaq.
Ümumilikdə Azərbaycanda təkrar sertifikatlaşdırmadan keçməyən 743 müəllimin əmək müqaviləsinə xitam verilmişdi.