Paytaxtın Yasamal rayonunda Bakı milyonçusu və xeyriyyəçisi olan Ağa Yusif Dadaşovun adı küçəyə verilib. Bu haqda bu gün, 4 sentyabr tarixində Bakuplus.az Bakı Gündəliyi Facebook səhifəsinə istinadən məlumat verir.
Küçə Fərid Ələkbərov və Ayna Sultanova küçələrini birləşdirir. Verilən məlumata görə, yeni küçə əvvəl Zahid Xəlilov küçəsinin bir hissəsi olub.
Həmin küçədə Azərbaycan Aşıqlar Birliyi və Medianın İnkişafı Agentliyi yerləşir.
