Bakının Qaradağ və Binəqdi rayonlarının bəzi hissələrində qaz təchizatı dayandırılacaq. Bu haqda bu gün, 4 sentyabr tarixində Bakuplus.az “Azəriqaz” İB-yə istinadən məlumat verir.
Bu gün saat 10:00-dan qaz xətlərində sınaq və təmir işləri aparılacaq.
Təmir-quraşdırma işləri aparılan zaman Qaradağ rayonu, Sahil qəsəbəsinin tam olaraq və Binəqədi rayonu, Motodrom ərazisinin, eləcə də Biləcəri qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.