Bakının Sabunçu rayonu, Ramiz Qəmbərov küçəsində yerləşən yataqxanada yanğın baş verib. Bu haqda bu gün, 4 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Bakı Neft-Energetika Kollecinin yataqxanasında, 2-ci mərtəbənin dəhlizindəki ümumi sahəsi 10 kv.m olan mətbəxdə qaz sobası yanıb.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb ediliblər. Hadisə zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 4 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Mətbəxin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.