Bakı sakini Hacıqabulda oğurluq edib. Bu haqda bu gün, 4 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Keçirilən əməliyyat zamanı Bakı şəhər sakini Rövşən Heydərov və Hacıqabul rayon sakini Vahid Zahirov saxlanılıblar. Onlar rayon ərazisində inzibati binanın dəmir barmaqlıqları qıraraq içəri daxil olub, 1000 AZN-dən artıq dəyəri olan generator oğurlamaqda şübhəli bilinirlər.

Faktla bağlı araşdırmalar davam edir.

Bakı sakini oğurluqda şübhəli bilinir
Foto Report.az