Bakının Nizami rayonu, “Neftçilər” metro stansiyasının yaxınlığında işıqfor quraşdırılıb. Bu haqda bu gün, 4 sentyabr tarixində Bakuplus.az Baku.ws-ə istinadən məlumat verir.

Yeni işıqfor Rüstəm Rüstəmov küçəsində, Bakıxanov qəsəbəsindən metro stansiyası istiqamətində yerləşir. Həmin ərazidə avtobus dayanacağı da mövcuddur.

Lakin yayılan videolara görə, işıqfor uzun tıxaca səbəb olur. Bu isə internet istifadəçiləri tərəfindən tənqid edilib.