Bakının Binəqədi rayonu ərazisində köməkçi tikilidə yanğın baş verib. Bu haqda bu gün, 4 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisində yığılan 3 kubmetr taxta yanıb.
Nəticədə yaxınlıqda ümumi sahəsi 220 kv.m olan ikimərtəbəli evin 1-ci mərtəbəsində plastikdən ibarət pəncərə çərçivəsi qarsalanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Evin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.