Keçmiş arvadını öldürən şəxsə hökm oxunub. Bu haqda bu gün, 4 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, İlqar Qəribov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən il 47 yaşlı İ.Qəribov aralarında yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı, 40 yaşlı Raminə Qəribovanı bıçaqlayaraq öldürmüşdü.