Qaradağ rayonunda yerləşən marketdə nöqsanlar aşkarlanıb. Bu haqda bu gün, 4 sentyabr tarixində Bakupuls.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.

Rayonun Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 1 ünvanında yerləşən “Vahid” marketində yoxlama aparılıb. Məlum olub ki, obyektdə sanitariya qaydaları pozulub.

Aşkar olunan faktla bağlı sahibkar cərimələnib, mağazanın fəaliyyəti dayandırılıb.