Bakıda tikinti şirkətinin rəhbəri dələduzluqda ittiham olunur. Bu haqda bu gün, 4 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“EAST Residence” MTK-nin sədri Əli Məmmədov saxlanılıb. Onun barəsində cinayət işi açılıb.
Belə ki, şirkət Nərimanov rayonunda məhkəmənin müvafiq qərarı və vətəndaşların razılığı olmadan onlara məxsus əmlakları qəsdən məhv etməkdə təqsirli bilinir.
Araşdırmalar davam edir.