Nərimanov rayonunda motosiklet qəzaya düşüb. Bu haqda bu gün, 4 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

27 yaşlı Orxan Hüseynov motosikletlə hərəkətdə olan zaman avtomobillə toqquşub. Nəticədə ikitəkərlinin sürücüsü müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Təfərrüatlar araşdırılır.