Bakının Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yaşıl rəngə boyanmış bina ilə bağlı rəsmi qurumlar tərəfindən tədbirlər görülüb. Bu haqda bu gün, 4 sentyabr tarixində Bakuplus.az Caliber.az-a istinadən məlumat verir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlarının apardıqları araşdırma nəticəsində məsələ nəzərətə götürülüb.

“Biz obyektin sahibinə xəbərdarlıq etdik, və o, fasadı daha məqbul rəngə boyadı və ötən gün məsələni həll edəcəyinə söz verdi”, – deyə Dövlət Arxitektura Komitəsindən bildirilib.

Dövlət Reklam Agentliyi isə icazəsiz mağazanı reklam etdiyi üçün obyekt sahibinə xəbərdarlıq edəcəyini vurğulayıb.

Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən isə cavab verilib ki, bina memarlıq abidələri siyahısına daxil olmadığından məsələyə müdaxilə edə bilməyəcəklər.