Nəsimi rayonunda piyada yolu zəbt olunub. Bu haqda bu gün, 4 sentyabr tarixində Bakuplus.az Caliber.az-a istinadən xəbər verir.
Rayonun Eldar Tağızadə küçəsində, “Dr.Kamal” klinikasının qarşısında piyada yolu parkinqə çevrilib. Buraya xüsusi maneələr qoyulub, cizgilər çəkilib.
Yerüstü Nəqliyyat Agentliyi məsələ ilə bağlı araşdırma aparacağını bildirib.
