Nəsimi rayonunda motosiklet və avtomobil toqquşub. Bu haqda bu gün, 4 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Çinar Səftərov motosikletlə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobillə toqquşub. Nəticədə motosikletçi baldırının sınığı və müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.