Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsi yaxınlığında bir nəfər dənizdə batıb. Bu haqda bu gün, 4 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə xilasetmə məntəqəsindən təqribən 4 km aralıda, nəzarətsiz ərazidə baş verib. Axtarışlara FHN-in xilasediciləri cəlb olunublar.
Mərhumun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.