Bakının Nizami rayonunda yeni cüdo zalı açılıb. Bu haqda bu gün, 4 sentyabr tarixində Bakuplus.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir.

“DOJO Sports Academy” idman klubunun yeni cüdo zalının açılış mərasimi sentyabrın 3-də keçirilib. Zalın açılış tədbirində Azərbaycan Cüdo Federasiyası (ACF) prezidentinin müşaviri Natiq Bağırov, ictimaiyyət nümayəndələri, idmançılar və sakinlər iştirak ediblər.

Klubun yeni zalının ümumi sahəsi 230 kv.m-dir. Burada idmançılar üçün bütün lazımi şərait yaradılıb.

Ünvan: Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Elşən Süleymanov küçəsi, 47A.

Əlaqə nömrəsi: +994 55 555 93 08; +994 50 444 53 44.

Nizamidə "DOJO Sports Academy" idman klubunun yeni zalı açılıb
Foto Azərbaycan Cüdo Federasiyası