Paytaxtın “Səbail” futbol klubunun saytının işləməməsinin səbəbi açıqlanıb. Bu haqda bu gün, 4 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Media və Marketinq şöbəsinin rəhbəri Rəşad Məmmədovun sözlərinə görə, yeni sayt təqdim olunacaq: “Mən yeni təyin olunanda sayt sifariş olunmuşdu və tamamlama işləri qalmışdı. Daha sonra həmin şirkətlə görüşdük, bir aydır ki, onlarla sıx qrafikdə çalışırıq”.
Verilən məlumata görə, saytda əsas, əvəzedici komandalarla yanaşı, akademiya və qızlardan ibarət komanda haqqında da məlumatlar olacaq. Sayt üzrə aparılan işlər qısa zamanda yekunlaşacaq.