Bakının Səbail rayonunun bəzi hissələrində gün ərzində içməli su olmayacaq. Bu haqda bu gün, 4 sentyabr tarixində Bakuplus.az Azərbaycan Dövlət Su Təsərrüfatı Agentliyinə istinadən məlumat verir.
Magistral su kəmərində təmir-bərpa işlərinin aparılmasına görə Şıx, Bibiheybət qəsəbələri və 20-ci Sahə ərazisində suyun verilməsində məhdudiyyətlər olacaq.