Sabunçu rayonunda kişini elektrik cərəyanı vurub. Bu haqda bu gün, 4 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Hadisə rayonun Zabrat qəsəbəsində baş verib. 58 yaşlı Arif Quliyev elektrik naqili ilə işləyən zaman onu cərəyan vurub. Nəticədə kişi xəstəxanaya yerləşdirilib.

Araşdırmalar davam edir.