Bakının Suraxanı rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu haqda bu gün, 4 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən sahəsi 60 kv.m olan 2 otaqlı mənzilin eyvanında dolab yanıb. Həmçinin yüksək temperaturdan qaz sayğacı və kombi aparatı qismən qarsalanıb.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Mənzil yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.