Bakının Xətai rayonunda çoxmərtəbəli binanın zirzəmisində avtomobil yanıb. Bu haqda bu gün, 4 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacağında “Honda” markalı nəqliyyat vasitəsinin mühərrik hissəsi yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.

Avtomobilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.