Bakının Xətai rayonu, Həbibov küçəsində yerləşən mənzillərin birində intihar hadisəsi baş verib. Bu haqda bu gün, 4 sentyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
25 yaşlı Gündüz Əlizadə ailəsi ilə birgə yaşadığı ünvanda həyatına qəsd edib. Xəstəxanaya yerləşdirilən Əlizadə tibbi müdaxilələrə baxmayaraq, orada vəfat edib. Faktla bağlı araşdırma aparılır.
Əlizadə daha öncə mühafizə polisində polis nəfəri kimi xidmət edib. Lakin öz raportu əsasında xidməti tərk edib.