Bakının Yasamal rayonunda avtomobil piyadanı vurub. Bu haqda bu gün, 4 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

35 yaşlı Elgün Zeynalov yolu keçərkən onu avtomobil vurub. Zərərçəkən xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.