“Yeni Klinika”ya təyinat olub. Bu haqda bu gün, 4 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Nuridə Allahyarova Qafqazın ən böyük tibb müəssisəsinə mətbuat katibi vəzifəsinə təyin olunub. Bundan öncə o, Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

N.Allahyarova Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, Bakı Nəqliyyat Agentliyi və “BakuBus” MMC-də mətbuat katibi, eləcə də Vergilər Nazirliyi və Binəqədi rayon İcra Hakimiyyətində yüksək vəzifələrdə çalışıb.

Həmçinin “Space” televiziya kanalında yayımlanan “Prezident vaxtı” verilişinin müəllifi və aparıcısı, ATV kanalında yayımlanan “Birlikdə güclüyük” verilişinin aparıcısı olub.