Bakının 8 Noyabr prospekti ilə Kazımağa Kərimov küçəsinin kəsişməsində sıxlıq müşahidə olunur. Bu haqda bu gün, 5 sentyabr tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir.
Adıçəkilən ərazidə təmir işləri aparılır. Müvəqqəti olaraq hərəkətə qismən məhdudiyyət qoyulub. Sıxlıq mərkəz istiqamətində yaşanır.